Minhva

Minhva ( Hanqıl: 민화 ) daha çox səyahət edən və ya naməlum sənətçilər tərəfindən rəsmi təlimi olmadan meydana gələn Koreya xalq sənətinə aiddir. Minhva Yanagi Muneyoshi tərəfindən yaradılmışdır. Minhva-nın hərfi mənasında "xalqın boyası" və ya "məşhur rəsm" deməkdir. Bu rəsm növü keçmişdən miras qalan üslublara, kanonlara və janrlara sadiq qalaraq adsız sənətkarların rəsmləri idi. Minhva həmçinin özündə sehirli aspektlər də cəmləşdirirdi. Minhvaların faydalı kəramətlərə sahib olduqlarına həmçinin sahiblərini və ailələrini pis qüvvələrdən qoruduqlarına inanılırdı. Durnalar, qayalar, su, buludlar, günəş, ay, şam ağacları, tısbağalar, böcəklər və çiçəklər kimi populyar mövzuları özündə birləşdirirdi. Minhva sənəti inkişaf edərək on yeddinci əsrdə bugünkü halına keçid etdi. Minhva sənətçiləri bir yerdən başqa yerə gəzən adi insanlardır ki, ümumiyyətlə yerli xalq üçün rəsm çəkəcəkləri festivallara qatılaraq öz işlərini yerinə yetirirdilər. Həyatlarının önəmli mərhələləri minhva rəsmlərinin boyanması ilə əhatə edilmişdir. Həm adi insanlar, həm də zadəganlar bu sənətkarlara minhva çəkmələri üçün tapşırıq verirdilər. Rəsmlər bir sıra səviyyələrdə işlənmişdir. Onlar xalq mifologiyasından və əfsanələrindən, xoşbəxtlik, sərvət və sağlamlıq simvollarından və gündəlik həyat səhnələrindən fiqurlar göstərir. Ən çox yayılmış fiqurlar, gücü təmsil edən pələng və müvəffəqiyyəti təmsil edən sazan kimi heyvanlardır. Rəsmlər kağız və kətan üzərində çəkilmişdir. Müstəmləkə hökmranlığı dövründəki geriləmədən sonra, koreya müharibəsi yavaşlayana qədər minhva sənəti qısa bir partlama yaşadı. 1980-ci illərdəki maraq və populyarlığı bu günə qədər davam edən Minhvanın canlanmasına zəmin yaratdı.


Developed by StudentB